Emin Məmmədov

İncəsənət üzrə ekspert

Mən 1970-ci ildə Bakıda anadan olmuşam və hal hazırda Bakıda yaşayır və işləyirəm. 2011-ci ildən Heydər Əliyev Fondunda və 2013-cu ildən isə Heydər Əliyev Mərkəzində incəsənət üzrə məsləhətçi kimi çalışıram. 2012-ci ildə “Azərbaycan Respublikasının Fəxri incəsənət İşçisi” təyin olunmuşam. Azərbaycanda və Avropada - İtaliyada 55 və 56-cı La Biennale di Venezia kimi (Azərbaycan Milli Pavilyonları) çoxsaylı sərgiləri təşkil etmişəm. Yerli və beynəlxalq incəsənət layihələrinin məsləhətçisi və əlaqələndiricisiyəm.

 

 

 

red-bull-illume-mammadov.png

Denis Klero

Fotoqraf

Başlanğıcda hər şey bir çox fotoqraflarda olduğundan fərqli oldu. Mən uşaqlıqda fotoşəkillə maraqlanmırdım, fotoşəkil lentə almırdım. Mənim bu peşəyə gəlməyim kifayət qədər prozaik baş verdi. Universitetin son kurslarında mən veb-dizaynla məşğul olmağa başladım və bəzən fikirləşdiyim ideyaları həyata keçirmək üçün fotoşəkillər tələb olunurdu, elə fotoşəkillər ki, onları fotobanklarda tapa bilmirdim. Buna görə də əlimə fotokameranı götürməli və ideyaları özüm həyata keçirməli oldum. Mənim ilk kameram artıq rəqəmsal kamera idi, düzdür, bu, güzgülü kamera deyildi, amma onun imkanları mənim üçün tam yetərli idi. Fotoçəkiliş mənim ürəyimcə oldu və tezliklə mənim veb-dizayner karyeram başa çatdı. Rusiyanın ölçülərinə görə balaca şəhər olan Krasnoyarsk artıq mənim fotoqraf kimi tələbatlarımı təmin etmirdi və mən paytaxta – qəhrəman şəhər Moskvaya köçdüm. İdmançı dostumun sayəsində hələ Krasnoyarskda mən ekstremal idman növlərinin çəkilişi ilə maraqlanırdım. 2007-ci ildən bu günə kimi mənə yalnız idman üslublu çəkilişlərində deyil, ümumiyyətlə fotoşəkil sahəsində öz bacarıqlarımı təkmilləşdirməkdə köməklik edən Red Bull şirkəti ilə əməkdaşlığa edirəm. Son illər mən tədbirdən tədbirə, layihədən layihəyə dünya boyunca səyahət edirəm. Öz səyahətlərimin zirvəsi kimi Everesti fotolentə aldığım “base-jump” layihəsini hesab edirəm. Bu günə kimi də mən fotoşəkil çəkməyi öz işim hesab etmirəm – bu, məndə bir həvəsdir, bu, mənim həyatımdır.

 

 

denis_klero_013374.jpg

Şirin Məlikova

Azərbaycan Xalça Muzeyinin direktoru

Mən, incəsənət üzrə fəlsəfə doktoru Şirin Məlikova (“XVI-XVIII əsrlərdə parça və naxışçılıq sənəti” dissertasiya işi) 2008-2012-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin “İncəsənət Tarixi” şöbəsində və 2012-ci ildən bəri Nəfis İnsəsənət üzrə Azərbaycan Dövlət Akademiyasının “İnsəcənət Tarixi” şöbəsində tədris aparmışam. Azərbaycan incəsənət xadimlərindən bəhs edən 10-dan çox kitabın müəllifiyəm, eləcə də yerli və beynəlxalq elmi nəşrlərdə nəşr olunan məqalələrin müəllifi, beynəlxalq simpozium və konfransların iştirakçısı olmuşam. 2011-ci ildən bəri Heydər Əliyev Fondunda incəsənət üzrə ekspert kimi çalışmışam. Heydər Əliyev Mərkəzində Andi Varhol, Toni Kreq, Riçard Dison, Bernard Bafet və digərlərinin sərgilərində koordinator kimi fəaliyyət göstərmişəm. 2016-cı ilin martından etibarən Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunmuşam.

red-bull-illume-melikova.png