Rəsmi Qaydalar

Bu reklam bacarıq müsabiqəsi kimi işlənib hazırlanıb. Bu müsabiqədə iştirak etmək üçün heç bir ödəniş tələb olunmur. Qanunla qadağan edilən yerdə hüquqi qüvvəsini itirir. Müsabiqədə iştirak edərkən ehtiyatlı ol və düzgün hərəkət et. Özünün və başqalarının təhlükəsizliyinə hörmət et və bunu təmin et. Sponsorun nişanları istisna olmaqla (aşağıda verilib),  iştirakçı şəkillərində üçüncü tərəfə aid hər hansı ticarət nişanları, loqoları təqdim etməməli və ya  hər hansı brendi, məhsulu, yaxud xidməti reklam etməməlidir.

UYĞUNLUQ: Red Bull İllume Azərbaycan Mobil Müsabiqəsi (“Müsabiqə”) GMT +4 vaxtı ilə 1 oktyabr 2017-cı il tarixdə  saat 12:00-da başlayır və 22 noyabr 2017-cı il tarixdə saat 11:59-da başa çatır (“Reklam Dövrü”). Bu vaxt dövrü Sponsorun vaxt qrafikinə nəzarət sistemləri tərəfindən təyin olunur və Sponsor vaxtın işlənməsi funksiyalarını üçüncü tərəfə həvalə edə bilər. Sponsor öz mülahizəsi ilə bu Müsabiqə ilə əlaqədar olaraq hər hansı fəaliyyətin, yaxud fəaliyyətsizliyin vaxtını müəyyən edir. Rəsmi Qaydalarda göstərilən bütün vaxtlar, dəqiq şəkildə başqa cür  göstərilməyibsə, Azərbaycan vaxtıdır. Azərbaycandan olan 18 yaşına çatmış müsabiqədə iştirak edə bilərlə. Qadağan olunan yerlərdə hüquqi qüvvəsini itirir. Azərbaycan Red Bull-un (“Sponsor”) əməkdaşları və onun əsas şirkətləri, filialları, törəmə şirkətləri, reklam agentlikləri, ictimai əlaqələr üzrə şirkətləri, o cümlədən bu Müsabiqə ilə əlaqədar xidmət göstərən hər hansı şirkət (birlikdə “Sponsorun Filialları”) və Sponsorun, yaxud Sponsorun hər hansı Filialının əməkdaşları, agentləri, direktorları, mütəxəssisləri (həmçinin onların birbaşa ailə üzvləri, yəni həyat yoldaşları, ana, ata, qayın, nənə, baba, qardaş, bacı, uşaq və nəvələr və ya eyni evdə yaşayan insanlar) bu Müsabiqədə iştirak edə bilməzlər. Müsabiqəyə bütün müvafiq federal, ştat və yerli qanunlar tətbiq olunur.


İŞTİRAK: Bu Müsabiqədə iştirak etmək üçün Reklam Dövründə aşağıdakı mərhələləri yerinə yetir:

1.   www.redbullillume.com/contest/national-contests/AZE.html saytına daxil ol və qeydiyyat formasını doldurmaqla, istifadəçi adı və parolu seçməklə və Rəsmi Qaydaları qəbul etməklə müsabiqə üçün qeydiyyatdan keç.

2.   Sən aktivləşdirmə ünvanı göstərilən elektron məktub alacaqsan. Bu ünvana daxil olmaqla öz hesabını aktivləşdir və müraciət səhifəsinə daxil ol;

3.   Müsabiqədə iştirak  etmək üçün aşağıdakı tələblərə cavab verən şəklinizi yüklə;

i.  Şəklə dair Tələblər

a)   Mobil cihazla çəkilmiş şəkil və sərgüzəşt təsvirləri; mobil cihaza smartfon, yaxud planşet kimi istənilən daşına bilən kompüter cihazı aiddir. Ekşn kameraları bu müsabiqədə mobil cihaz hesab olunmurlar.

b)  Tələb edilən təsvir formatı: JPG

c)  Minimal şəkil ölçüsü: 8 Meqa piksel

d)  Maksimal fayl ölçüsü: 10 Meqabayt

e) Müraciət üçün göndərilən bütün şəkillər 30 aprel 2013-cü il tarixindən sonra çəkilməlidirlər. 

1-dən 3-ə kimi mərhələləri tamamlamağın müsabiqədə iştirak üçün kifayətdir. Müsabiqə Dövründə hər şəxs üçün müraciət şəkillərinin sayı ən çoxu 5 (beş) ola bilər. Sın yalnız özünün çəkdiyi şəkilləri təqdim edə bilərsən. Sponsorun mühaizəsi ilə, bu Rəsmi Qaydalarda göstərildiyi kimi Sponsorun irəli sürdüyü tələblərə uyğun gəlməyən şəkillər müsabiqədən kənarlaşdırılacaq. Sponsor hər hansı itirilmiş, gecikdirilmiş, yanlış verilmiş müraciətlərə, yaxud hər hansı başqa səbəbə görə alınmayan müraciətlərə görə məsuliyyət daşımır. Müraciətin müsabiqəyə kimin göndərməsinə dair mübahisə yarandıqda, bu faylı Müsabiqəyə təqdim etmək üçün birbaşa istifadə edilən hesab səlahiyyətli hesab  kimi nəzərə alınacaq. Səlahiyyətli hesab sahibi bu hesabların təyin edilməsinə cavabdeh olan müvafiq qurum tərəfindən bu hesaba təyin edilən fiziki şəxs hesab olunur. Müsabiqəyə daxil olmaqla/iştirak etməklə iştirakçılar bu Rəsmi Qaydalara, bu Rəsmi Qaydalarda göstərilən Sponsorun Məxfilik Siyasətinə əməl etməyə razılıq verirlər. Fayllarını (foto/videolar daxil olmaqla, lakin onlarla məhdudlaşmadan) planlaşdırılması, yaradılması və paylanması zamanı sən bütün qanunlara, prosedurlara və qaydalara əməl edəcəyinə və hər hansı şəxsə (özünüz daxil olmaqla), yaxud əmlaka ziyan vurmağa cəhd göstərməyəcəyinə, yaxud təhdid etməyəcəyinə dair zəmanət verir və bəyan edirsən. Sən bundan əlavə öz müracitlərini planlaşdırılması, yaradılması və yayılmasında ən yüksək səviyyədə ehtiyat tədbiri görəcəyinə dair zəmanət verir və bəyan edirsən.

Hər bir iştirak müraciəti həmin müraciət müraciətə  tətbiq edilə bilən bütün Bəyanat və Zəmanətlərə cavab verməlidir. Rəsmi Qaydalarda göstərilən mərhələlərin hər hansı birinin tamamlanmaması, yaxud əməl edilməməsi sənin müsabiqədən kənarlaşdırılmağın ilə nəticələnə bilər.

TƏLƏB EDİLƏN BƏYANAT VƏ ZƏMANƏTLƏR: Bu müsabiqədə iştirak etməklə sən bəyan edir və zəmanət verirsən ki, sənin təqdim etdiyin bütün fayllar (foto/videolar daxil olmaqla, lakin onlarla məhdudlaşmadan) mümkün olan aşağıdakı meyarlara cavab verir (birlikdə “Tələb Olunan Bəyanat və Zəmanətlər”):

(i) Sənin müraciət üçün göndərdiyin fayl, yaxud fayllar öz orijinal işin olmalıdır, yaxud sən həmin məzmunda faylları təqdim etmək, yaxud yenidən təqdim etmək üçün bütün hüquqlara malik olmalısan. Hər bir təqdim edilən faylın tərkibində hər hansı şəxsin, yaxud qurumun məhdud istifadə hüquqları, əmtəə nişanları, yaxud məxfilik, yaxud reklam hüquqları olan, həmçinin böhtan xarakterli, təhdidləyici, əxlaqsız, pozğun yaxud kobud və ya qanunsuz, hər hansı müvafiq qanunları, yaxud qaydaları pozan və ya onlara qarşı çıxan və ya üçüncü tərəfin lisenziyasını tələb edən hər hansı material mövcud olmamalıdır. 

(ii) Sənin təqdim etdiyin fayl, yaxud fayllarda yer alan hər hansı şəxslərin Rəsmi Qaydalara uyğun olaraq, həmçinin Sponsorun sənin fayl, yaxud fayllarından gələcəkdə kommersiya məqsədilə məhdudiyyətsiz istifadə etmək hüququna malik olmasına dair yazılı razılıq məktublarını təqdim etməlisən. Tələb edildikdə, sən  Sponsor üçün Sponsorun müəyyən etdiyi şəkildə istənilən bu cür şəxsdən yazılı razılıq məktubu almalısan.  Faylınızda göstərilən  hər hansı şəxs  yaşadığı yurisdiksiyada tətbqi edilən qanuna əsasən həddi-buluğa çatmamış şəxsdirsə, valideynin, yaxud qanuni qəyyumun yazılı razılığı və imzası tələb olunur.

(iii) ESponsorun nişanları istisna olmaqla (aşağıda verilib), təqdim olunan fayl və şəkildə  hər hansı şirkətin və ya qurumun adı, məhsulları və ya xidmətləri yer almamalı və ya üçüncü tərəfə aid ticarət nişanı, loqo, brend, məhsul, yaxud reklam təqdim olunmamalıdır. Bu Rəsmi Qaydalara uyğun olaraq, Sponsor sənə öz əmtəə nişanları və məhsullarını yalnız bu Müsabiqədə iştirak etmək üçün  təqdim etdiyin faylda, yaxud şəkildə məhdud olaraq istifadə  etməyə  icazə verir.

(iv) Hər bir müraciət üçün göndərilən fayl ictimai nümayişə uyğun gəlməlidir. Yuxarıda göstərilənləri məhdudlaşdırmamaq şərtilə,  hər bi müraciət faylı pozğun, əxlaqsız, seksual cəhətdən açıq-saçıq, pornoqrafik, sayğısız, böhtan və şər xarakterli, hər hansı qanunları pozan, yaxud Sponsorun mülahizəsi ilə uyğunsuz, yaxud etiraz doğuran şəkildə olmamalıdır. Sənin təqdim etdiyin fayl, yaxud fayllar həmçinin hər hansı şəxs, qurum, yaxud məhsul, brend və ya xidməti gözdən salmamalı, yaxud onlar barədə mənfi fikir oyatmamalıdır.

(v) Təqdim olunan hər bir fayl  İnternet saytının xidmətlərindən istifadə ilə bağlı bütün mövcud tələblərə və şərtlərə uyğun gəlməlidir. 

Sponsor öz mülahizəsi ilə, Müsabiqəyə təqdim olunan hər hansı faylın yuxarıda verilən tələbləri pozduğunu, yaxud potensial şəkildə pozduğunu  yaxud  bu Rəsmi Qaydaların hər hansı müddəasına uyğun gəlmədiyini hesab edərsə, faylın  Müsabiqədə iştirak etməsini qeydə almamaq hüququna malikdir. Sənin tərəfindən verilmiş bəyanat və zəmanətlərin pozulması, yaxud Sponsorun sənə verdiyi hüquqların pozulması halında, Sponsor və Sponsorun törəmə şirkətlərinə, vəkil xərcləri də daxil olmaqla hər hansı itkilərin, dəyən ziyanların və xərclərin tərəfinizdən kompensasiya ediləcəyinə razılıq verirsən. Müsabiqəyə daxil olmaqla sən Red Bull İllume icrasında Sponsora Red Bull İllume müsabiqələrində, Red Bull İllume Turlarında, yaxud Red Bull İllume reklamları, marketinqi, tədbirləri və sərgilərində sənin müraciət faylını və hər hansı foto/videolarını qarşılıqlı, əvəzi ödənilmədən, müstəsna olmadan, qlobal şəkildə, qonorarsız, başqasına lisenziya edilə bilən, çoxaltmaq üçün azad şəkildə lisenziya edilə bilən formada istifadə edilməsinə və həmçinin sənin müraciət faylının və hər hansı foto/videolarının istənilən formada, üslubda, məkanda, mediada və ya indiyə kimi bilinən və bundan sonra inkişaf etdiriləcək texnologiyada istifadə edilməsinə, surətinin çoxaldılmasına, dəyişdirilməsinə, adaptasiya edilməsinə, redaktəsinə, dərc edilməsinə və nümayiş etdirilməsinə, həmçinin məhdudiyyətsiz şəkildə ticarət, reklam və çəkiliş məqsədləri üçün Sponsor və onun lisenziatları, yaxud hüquqlarını qəbul edən şəxslərin  müəyyən etdikləri kimi, heç bir bildiriş, yaxud icazə olmadan istifadəsinə icazə verirsən. Bundan əlavə müsabiqəyə daxil olmaqla sən hər hansı fayl, yaxud fayllar üzərində malik ola biləcəyin mənəvi hüquqlarınızdan Sponsorun xeyrinə imtina edirsən.

Hər hansı faylı,yaxud faylları müsabiqəyə təqdim etməklə sən həmçinin hər hansı format, media yaxud indiyə qədər mövcud olan və sonradan işlənib hazırlanacaq texnologiya əsasında reklam və ticarət məqsədləri üçün sənin faylda və/ya şəklində verilən bütün adlar, şəxsiyyətlər, başlıqlar, oxşarlıqlar, fərqli görüntülər, fiziki oxşarlıqlar, üzlər, portretlər, fotolar (yerində dayanan, yaxud hərəkət edən), ekran şəxsləri, səslər, vokal üslublar, bildirişlər, jestlər, maneralar, şəxsiyyətlər, ifa xüsusiyyətləri, bioqrafik məlumatlar, imzalar və verilən, təmin edilən, istinad edilən bütün şəxslərin oxşarlarını (bütün atributlar birlikdə bundan sonra “Şəxs” adlandırılacaq) qlobal, əvəzsiz, qonorarsız, tam şəkildə lisenziyalaşdırıla bilən və sərbəst ötürülmə hüququnu, lakin öhdəliyini yox, Sponsora heç bir bildiriş, təsdiq, yaxud kompensasiya olmadan, qanunla qadağan edilmədiyi təqdirdə verirsən.

QALİB SEÇİMİ: Müddət başa çatdıqdan sonra, Sponsor tərəfindən seçilən təcrübəli şəxslərdən ibarət münsiflər heyəti (“Münsiflər Heyəti”) düzgün olan faylları nəzərdən keçirəcəklər. Faylların hər biri Münsiflər Heyəti tərəfindən aşağıdakı meyarlara əsasən qiymətləndirəcək: (a) keyfiyyət (b) yaradıcılıq/orijinallıq, (c) bədii duyum və (e) ümumi tərkibi (“Qiymətləndirmə Meyarları”)

Münsiflər Heyəti yuxarıda verilən Qiymətləndirmə Meyarlarına əsasən Azərbaycanda, Bakıda sərgidə nümayiş olunacaq bir (1) potensial Əsas Mükafat qalibini seçəcək. Aydın olması üçün, Münsiflər Heyəti oxşar fayllar təqdim edən bir neçə namizədi qiymətləndirə bilər; belə olduqda Münsiflər Heyəti qərar verərkən bu faylların təqdim olunma vaxtını nəzərə ala bilər, lakin oxşar müraciətlər arasında ilk təqdim olunan faylı qalib kimi seçmək öhdəliyi mövcud deyil. Seçilmiş qaliblərin müsabiqənin qaydalarına və rəsmi qaydalara uyğunluğu yoxlanılacaq.

BİLDİRİŞ: Dekabr-ın 1-i, yaxud ona yaxın tarixdə bir (1) potensial Əsas Mükafat qalibi  müraciət anketində göstərilmiş telefon, yaxud elektron poçt vasitəsilə Red Bull tərəfindən bildiriş alacaq. Sponsor potensial qalibdən müvafiq hesabın sahibi olub-olmamasını yoxlamağı tələb edə bilər. Potensial qalib Sponsor tərəfindən edilən ilk əlaqə, yaxud cəhd edilən əlaqə tarixindən sonrakı 3 gün müddətində bütün tələb edilən məlumatları təmin etməli və bildirişə cavab verməlidir, əks halda potensial mükafat geri alına bilər. Hər hansı mükafata iddia etmək üçün Sponsor qalibdən mükafata iddia etməzdən qabaq Rəsmi Uyğunluq Təsdiqi/Məsuliyyətdən Azadolma/ Təbliğat Nəşrləri formalarını və sosial müdafiə nömrəsini tələb edə bilən digər lazımi sənədləri imzalayaraq geri göndərməyi tələb edə bilər. Bütün tələb edilən sənədlər həmin sənədlərin üzərində göstərilən tarixdən sonrakı beş (5) gün müddətində doldurulmalı və Sponsora təhvil verilməlidir. Sponsorun tələbinə əsasən qalib(lər)in mükafata iddia edə bilmələri üçün onları eyniləşdirən  şəkli lhazırlamaları tələb oluna bilər. Sponsor, hər hansı mükafatı öz dəyərinə bərabər, yaxud daha dəyərli başqa bir mükafatla əvəz etmək hüququna malikdir. Əgər potensial qaliblə əlaqə saxlamaq mümkün olmazsa, mükafata vaxtında  iddia etmirsə, müsabiqədən kənarlaşdırılıbsa, tələb edilən sənədləri vaxtında  hazırlamır və geri qaytarmırsa, yaxud mükafata dair bildiriş məktubu çatdırıla bilmirsə və geri qaytarılırsa, yerdə qalan uyğun ərizəçilər arasından püşk vasitəsilə, yaxud Sponsorun təyin etdiyi digər üsulla alternativ qalib seçilir. Hər hansı nəşr xətası, yaxud digər xətaya görə Rəsmi Qaydalarda verilən mükafat sayından daha çox mükafat qalibi yaranarsa, müvafiq kateqoriyada təbliğ edilən sayda mükafatların təqdim edilməsi üçün təsadüfi püşk tədbiri keçiriləcək. Heç bir halda müəyyən edilən saydan artıq mükafat verilməyəcək.

İCTİMAİLƏŞMƏ VƏ MARKETİNQ: Müsabiqəyə təqdim edilən hər hansı fayl və/ya Şəkil Sponsora ərizəçilərin adı, şəxsiyyəti, vəzifəsi, oxşarlığı, fərqli görüntüləri, fiziki oxşarlıqları, üzü, portretləri, fotoları (yerində dayanan, yaxud hərəkət edən), ekran şəxsləri, səslər, vokal üslublar, bildirişlər, jestlər, maneralar, şəxsiyyətlər, ifa xüsusiyyətləri, bioqrafik məlumatlar, imzalar və verilən, təmin edilən, istinad edilən bütün şəxslərin oxşarlarını (bütün atributlar birlikdə “Şəxs” adlanır) qlobal, əvəzsiz, qonorarsız şəkildə Sponsor tərəfindən istifadəsinə qanunla qadağan edilmədiyi təqdirdə verilir. Sponsorun ərizəçinin şəxsi məlumatlarından bu Müsabiqənin inzibati işlərində istifadə etməsi üçün poçt ünvanı, telefon nömrəsi, elektron poçt ünvanı da daxil olmaqla şəxsi məlumatlarınızı təqdim etməlisiniz. Sən həmçinin öz istəyindən asılı olaraq Sponsorun müştəri bazasına daxil edilə və Sponsora gələcəkdə səninlə reklam və digər məqsədlər üçün əlaqə saxlamasına icazə verə bilərsən.  Sən belə məlumatları Sponsorun Məxfilik Siyasətində göstərildiyi kimi (www.redbull.com saytında verilib), hər hansı marketinq materiallarında təqdim edilməsindən (məsələn, Sponsorun elektron məktublarının aşağısında göstərilən “Abunə Olma” işarəsindən istifadə etməklə) imtina edə bilərsən. Sən məlumatlarını Sponsora təqdim etdiyini anlayırsan. Sənin Sponsora təqdim etdiyin məlumatlardan yalnız Sponsorun Məxfilik Siyasətinə uyğun olaraq istifadə ediləcək.

MƏSULİYYƏTDƏN VƏ KOMPENSASİYADAN AZAD OLMA: Bu Müsabiqədə iştirak etməklə sən  Sponsoru, Sponsorun Filiallarını  və onların müvafiq direktorlarını, vəzifəli şəxslərini, əməkdaşlarını, agentlərini və təyin etdiyi şəxsləri (“Öhdəlikdən Azad Edilmiş Tərəflər”) sənin  bu Müsabiqədə iştirakından, yaxud Müsabiqə ilə əlaqədar olan hər hansı fəaliyyətindən, dolayı və verilən mükafatın qəbulu və istifadəsi, yanlış istifadəsi və saxlanmasından (həmçinin, lakin bunlarla məhdudlaşmadan, Müsabiqə ilə əlaqədar sənin hansısa yalnış təsəvvürdə olmağın; bu Rəsmi Qaydalara sənin hansısa yolla əməl etməməyin; bu Müsabiqəyə qoşulmağınla əlaqədar, yaxud bundan irəli gələn iddialara, hər hansı mükafatın qəbulu, saxlanması, yanlış istifadəsi, yaxud istifadə olunması və ya Müsabiqə ilə əlaqədar hər hansı fəaliyyətdə, yaxud Müsabiqədə iştirak edilməsi ilə əlaqədar; ərizə məlumatlarının toplanması, emal edilməsi, yaxud saxlanması ilə əlaqədar hər hansı nasazlıq, xəta, yaxud digər problemə; yaxud hər hansı mükafat, yaxud qalibin adının dərc edilməsi, təklif edilməsi , yaxud elan edilməsi zamanı hər hansı nəşriyyat yaxud digər xətalara) dolayı yaranan hər hansı iddialara, itkilərə  və ziyanlara görə kompensasiya ödəməyə və ziyandan uzaq saxlamağa razılıq verirsən.  Yuxarıdakılara həmçinin, məhdudiyyət olmadan, Müsabiqə ilə əlaqədar olaraq bədən xəsarəti, əmlak itkisi, yaxud ziyanı və ya ölüm ilə əlaqədar istənilən iddia da daxildir.

DİGƏR ŞƏRTLƏR: Müsabiqəyə dair bütün məsələlərdə Sponsorun qəbul etdiyi qərarlar son və məcburidir, əgər dələduzluq, nalayiq hərəkət, yaxud texniki nasazlıq Müsabiqənin düzgünlüyünü pozarsa və ya virus, baq yaxud digər texniki problem Müsabiqənin Sponsor tərəfindən təyin edilən administrasiyası, təhlükəsizlik, yaxud digər işlərini pozarsa, Sponsor öz mülahizəsi ilə, əgər dələduzluqda şübhəli bilinərsə, yaxud şəxs bu Rəsmi Qaydaların hər hansı müddəasında verilənlərə və ya iştirakla bağlı tələblərə əməl etməkdən imtina edərsə, həmin iştirakçını Müsabiqədən kənarlaşdırır.

DİQQƏT: BU MÜSABİQƏNİN KEÇİRİLMƏSİNƏ MANEƏ TÖRƏDİLMƏSİ, YAXUD BİLƏRƏKDƏN İŞLƏRİNƏ ZİYAN VURULMASINA CƏHD GÖSTƏRİLMƏSİ CİNAYƏT VƏ İNZİBATİ QANUNLARIN POZULMASI HESAB EDİLƏ BİLƏR. SPONSOR MÜVAFİQ QANUNUN İCAZƏ VERDİYİ QƏDƏR, TAM ŞƏKİLDƏ BELƏ BİR CƏHD GÖSTƏRƏN ŞƏXSƏ QARŞI DƏYƏN ZİYANIN ÖDƏNİLMƏSİ İLƏ BAĞLI MƏHKƏMƏ İDDİASI İRƏLİ SÜRMƏK VƏ HƏMİN ŞƏXSİ MÜSABİQƏDƏN KƏNARLAŞDIRMAQ HÜQUQUNA MALİKDİR.

MÜSABİQƏDƏN KƏNARLAŞDIRMAQ HÜQUQU: Dələduzluq, yaxud kənar müdaxilə şübhəsi yaranarsa;  şəxs bu Rəsmi qaydaların hər hansı müddəasını, yaxud iştirak üçün tələblərdən hər hansı birini yerinə yetirməzsə; şəxsin əməlləri və ünsiyyəti pozucu olarsa, hər hansı şəxsə, mülkə yaxud Sponsorun nüfuzuna zərər vurarsa, yaxud vura bilərsə və ya Sponsorun təyin etdiyi şəkildə ümumi olaraq qəbul edilmiş sosial qaydalara və müvafiq qanunlara ziddiyyət təşkil edərsə, Sponsor həmin şəxsi müsabiqədən kənarlaşdırmaq, yaxud onun iştirakına qadağa qoymaq hüququna malikdir.

MÜDDƏALAR ARASINDA BÖLÜNMƏ: Bu Rəsmi Qaydalarda verilən hər hansı müddəa qüvvədən düşmüş, yaxud etibarsız hesab olunarsa, yerdə qalan müddəalar tam olaraq öz qüvvələrində qalırlar.

TƏRƏFSİZLİK: Bu Müsabiqəyə heç bir halda Sponsordan başqa hər hansı şəxs, yaxud qurum tərəfindən sponsorluq edilmir, dəstəklənmir və idarə olunmur. Müsabiqə ilə əlaqədar olaraq hər hansı sual, rəy, yaxud şikayət Sponsora təqdim olunmalıdır.

QALİBLƏR SİYAHISI: Qaliblər siyahısını əldə etmək üçün www.redbulliume.com saytına daxil olun.

TƏŞKILATÇI: Red Bull-un Azərbaycanda rəsmi Distribytoru Cahan Red-2.