FAQs

Tez-Tez Verilən Suallar

Azərbaycan Mobil Müsabiqəsində kimlər iştirak edə bilərlər?

Ən azı 18 yaşı olan, Azərbaycanlı mobil telefon istifadəçisi.

Red Bull təqdim etdiyim şəkillərdən necə istifadə edəcək?

Red Bull sənin təqdim etdiyiniz şəkilləri redaktə, yaxud reklam məqsədləri üçün Red Bull İllume ilə birgə istifadə edə bilər.

Şəkillər Red Bull brendinə malik olmalıdırlar?

Şəkillərin Red Bull brendinə malik olması vacib deyil. Hər hansı brendsiz, yaxud Red Bull brendinə malik təsvir və macəra şəkli üçüncü tərəfin ticarət nişanları, loqoları və sairə göstərilmədən təqdim edilə bilər. Zəhmət olmasa, daha ətraflı məlumat üçün aşağıdakı Rəsmi Qaydalara istinad et.

Mobil Cihaz nədir?

Smartfon, yaxud planşet kimi istənilən daşına bilən kompüter cihazı. Ekşn kameraları bu müsabiqədə mobil cihaz hesab olunmurlar.

Qalib şəkil necə seçilir?

Tanınmış ekspertlərdən ibarət münsiflər heyəti qalib şəkli texniki üstünlüyü, tərkibi, kreativliyi, təsiri, bədii duyumu, mükəmməlliyi və  ümumi keyfiyyəti baxımından seçəcəklər.

Mükafat nədən ibarətdir?

Bütün turların qalibinin şəkli Red Bull İllume Azərbaycan sərgisində nümayiş olunacaq. Bundan əlavə qalibə başqa qiymətli hədiyyələr təqdim olunacaq.

Təqdimatlar

Düzgün olmayan təqdimat necə olur?

Siyasi mövzuya aid şəkillərin, pornoqrafik şəkillərin, çılpaq insanların yer aldığı və seksual xarakterli açıq-saçıq şəkillərin hər hansı növünə icazə verilmir. Daha ətraflı məlumat üçün aşağıdakı Rəsmi Qaydalara istinad et.

Təqdim etdiyim şəkil neçə meqapikseli olmalıdır?

Ən azı 8 meqapiksel. Şəklin meqapikselini müəyyən etmək üçün sadəcə üfüqi və şaquli piksel saylarını topla və nəticəni bir milyona böl, məsələn 12,2 meqapiksel (2848 piksel*4288 piksel = 12.212.224). Sən həmçinin şəkli açmaqla  və Apple+Alt+İ (Apple), yaxud Ctrl+Alt+İ (PK) düymələrini basmaqla Fotoşop proqramında faylın meqapikselini yoxlayırsan.

Fayl ölçüsü və şəkil ölçüsü arasında fərq nədədir?

Ən azı 8 meqapiksel. Şəklin meqapikselini müəyyən etmək üçün sadəcə üfüqi və şaquli piksel saylarını topla və nəticəni bir milyona böl, məsələn 12,2 meqapiksel (2848 piksel*4288 piksel = 12.212.224). Sən həmçinin şəkli açmaqla  və Apple+Alt+İ (Apple), yaxud Ctrl+Alt+İ (PK) düymələrini basmaqla Fotoşop proqramında faylın meqapikselini yoxlayırsan.

Mən 8 meqapiksel və ya daha yüksək görüntülü kameradan istifadə etmişəm, lakin şəkil keyfiyyəti olduqca aşağıdır. Niyə?

  • Əgər şəklinin görüntü keyfiyyəti kifayət qədər deyilsə, zəhmət olmasa, kamera parametrlərinə nəzər yetir: Hətta 8+ meqapikselli kameradan istifadə edirsənsə, yenə də şəkil çəkən zaman mümkün olan ən yüksək görüntü keyfiyyətindən istifadə etdiyinizə əmin olmalısan.
  • Həmçinin nəzərə al ki, şəkil çəkdikdən sonra onun redaktə edilməsi şəklin ölçüsünü dəyişdirə və şəklin son ölçüsünün 8 meqapikseldən aşağı olmasına gətirib çıxara bilər.
  • Tələb edilən şəkil ölçüsünə uyğun gəlməyən şəkillər müsabiqədən çıxarılacaqlar.

Şəkillərim 8 meqapiksel deyil. İstənilən halda, onları müsabiqəyə təqdim edə bilərəm? Tələblərə uyğun gəlməsi üçün Fotoşop proqramında meqapikselləri artıra bilərəm?

8 meqapikseldən aşağı ölçüyə malik şəkillər müsabiqədən çıxarılacaq. Fotoşop proqramı vasitəsilə şəkilləri redaktə etməklə pikseli artırmaq mümkündür. Təəssüf ki, bu prosedur şəkil keyfiyyətini tələb olunan səviyyəyə qaldırmır və buna görə də qəbul edilmir.

Nə üçün şəkillərimi yükləyə bilmirəm?

Əgər sən şəkillərini yükləyə bilmirsənsə, şəklin formatını və fayl həcmini yoxla.

  • Sən yalnız JPG formatlı şəkilləri yükləyə bilərsiniz. JPG, faylın ölçüsünü kiçildən kompressiya formatıdır. Sən TİFF, RAW, yaxud oxşar formatlarda fayl təqdim edə bilməzsən.
  • Zəhmət olmasa, maksimal fayl ölçüsünün 10 meqabaytı keçmədiyinə əmin ol. Sən hələ də faylı yükləyə bilmirsənsə, həmin fayl zədələnmiş ola bilər. Onu kompüterinizdə açmağa cəhd göstər və hər hansı xətanın baş verib-vermədiyini yoxla

Müsabiqəyə artıq beş şəkil təqdim etmişəm, və daha birini yükləmək istəyirəm. Mən şəkilləri əvəzləyə bilərəm?

Hər hansı bir şəkil müsabiqəyə təqdim olunduqdan sonra onu başqa şəkillə əvəzləmək olmaz.

Şəkilləri bir neçə hesabdan yükləyə bilərəm?

Zəhmət olmasa nəzərə al ki, birdən artıq hesabdan şəkillərin yüklənməsi qaydaların pozulması deməkdir və bunun edilməsi müsabiqədən kənarlaşdırılma ilə nəticələnəcək.

Mənim şəkillərimdən biri müsabiqədən kənarlaşdırılıbsa, mən onun əvəzinə başqasını təqdim edə bilərəm?

Xeyr. Sən müsabiqəyə hər kateqoriya üzrə beş şəkil təqdim edə bilərsən və şəkillər təqdim edildikdən sonra əvəzlənə bilməzlər. Zəhmət olmasa, şəkillərinizi diqqətlə seç və şəkillərin təqdim edilməsinə dair qayda və tələbləri nəzərə al.